Gürcüstanın baş naziri: “Nə Ukraynaya, nə də Moldovaya həsəd aparıram”

Aktual 21-iyn, 10:399 47 0
Gürcüstanın baş naziri: “Nə Ukraynaya, nə də Moldovaya həsəd aparıram”




"Nə Ukraynaya, nə də Moldovaya paxıllıq edirəm”.

Bunu Gürcüstanın baş naziri İrakli Qaribaşvili Avropa Komissiyasının Ukrayna və Moldovaya Aİ-yə namizəd statusunun verilməsini tövsiyə edən qərarını şərh edərkən deyib.

"Biz yaxşı bilirik ki, Ukrayna çətin vəziyyətdədir, ərazisinin 20%-i artıq itirilib və müharibə davam edir. Moldova da çox çətin vəziyyətdədir. Moldova müharibədən ilk əziyyət çəkənlərdən olub. Ona görə də mən həqiqətən nə Ukraynaya, nə də Moldovaya həsəd aparıram”, - Qaribaşvili bildirib.

Baş nazirin sözlərinə görə, Ukraynaya bu status müharibə şəraitində olduğuna görə verilib.
Çap et
Oxşar Xəbərlər
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr