100 milyondan çox insan təsirlənə bilər: Anomal istilər ABŞ-a çatdı

Aktual 22-iyl, 17:489 60 0
100 milyondan çox insan təsirlənə bilər: Anomal istilər ABŞ-a çatdı



Avropadan sonra ABŞ-ın da bir çox yerində havanın temperaturunda rekord səviyyədə istilik qeydə alınıb.

Bu barədə ABŞ Milli Meteorologiya Mərkəzi açıqlama verib.

Təhlükəli istilərin ABŞ-ın cənub-qərbində, cənubunda və şərqində 100 milyondan çox insana təsir edəcəyi bildirilir:

"ABŞ-ın əksər bölgələrində həftəsonu normadan yüksək temperatur davam edəcək. Bu, əhalinin böyük bir hissəsinin həddindən artıq isti hava şəraiti altında qalacağı anlamına gəlir”.

Bəzi bölgələrdə havanın temperaturunun 43 dərəcəyə qədər artacağı vurğulanır.

Ölkənin şimal-şərqində və cənub-şərqində isə şiddətli leysan və fırtınanın gözlənildiyinə diqqət çəkilir.

Həddindən artıq istilər 13 ştatda meşə yanğınlarına səbəb olub.

Nyu-York ştatında yaşayanlara yaxın günlərdə məcbur olmadıqları halda, xüsusilə günorta saatlarında çölə çıxmamaq barədə xəbərdarlıq edilib.

Vaşinqton meriyası bazar ertəsinə qədər şəhərdə isti hava ilə əlaqədar fövqəladə vəziyyət rejimi elan edib. Filadelfiyada xüsusi səhiyyə qrupları yerləşdirilib.
Çap et
Oxşar Xəbərlər
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr