İstanbuldan Tbilisiyə uçan təyyarə Bakı aeroportuna məcburi eniş edib

İqtisadiyyat 27-may, 22:539 79 0
İstanbuldan Tbilisiyə uçan təyyarə Bakı aeroportuna məcburi eniş edib
İstanbuldan Tbilisiyə uçan təyyarə Bakı aeroportuna məcburi eniş edib

İstanbul – Tbilisi marşrutu üzrə hərəkət edən “Turkish Airlines” aviaşirkətinə məxsus “Boeing 737” tipli hava gəmisinin kapitanı Heydər Əliyev Beynəlxalq Aeroportuna məcburi eniş üçün sorğu göndərib. Buna səbəb Gürcüstanın təyinat hava limanında havanın əlverişsiz olmasıdır.

Beynəlxalq Hava Limanından bildirilib ki, təyyarə yerli vaxtla saat 21:06-da Bakıya uğurla eniş edib.

Sərnişinlər uçuşla bağlı daha ətraflı məlumatı “Turkish Airlines” aviaşirkətinin nümayəndələrindən əldə edə bilərlər.

Qeyd edək ki, Heydər Əliyev Beynəlxalq Aeroportu regionun aparıcı aviasiya qovşağı kimi fövqəladə hallarda operativ cavab tədbirlərini dərhal həyata keçirərək, bütün zəruri texniki və logistik dəstəyi təmin edir. Aeroport beynəlxalq standartlara əsasən, sərnişinlərin və uçuşların təhlükəsizliyini öz fəaliyyətinin mütləq prioriteti kimi müəyyənləşdirir.
Çap et
Oxşar Xəbərlər
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr