Siyəzəndə qadın paraşütlə atlanarkən qayaya çırpılaraq ölüb

Aktual 07-iyl, 19:469 53 0
Siyəzəndə qadın paraşütlə atlanarkən qayaya çırpılaraq ölüb
Siyəzəndə qadın paraşütlə atlanarkən qayaya çırpılaraq ölüb

İyulun 7-də Siyəzən rayonunda, “Beşbarmaq piri” adlanan ərazidə paraşütlə qayalara çırpılan şəxs ölüb.

UĞURYOLU.az xəbər verir ki, ilkin məlumata görə, Bakı şəhərinin Nəsimi rayonunda yaşayan 1989-cu il təvəllüdlü Məcidova Nuranə Tofiq qızı dağın zirvəsindən paraşüt ilə uçan zaman küləyin istiqamətini düzgün tənzimləməyərək, idarəetməni itirdiyindən qayalıqlara çırpılaraq ölüb.

Faktla əlaqədar əməliyyat-istintaq qrupu və rayon prokurorluğunun əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib.

Məcidova Nuranə Tofiq qızının cəsədi müayinə olunması üçün aidiyyəti üzrə Şabran Rayon Mərkəzi Xəstəxanasına göndərilib.

Faktla bağlı Siyəzən Rayon Prokurorluğunda araşdırma aparılır.
Çap et
Oxşar Xəbərlər
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr